SƏHİYYƏ

Əhalinin peyvəndlənməsinə başlanıldı

Vüqar Qurbanov bildirib ki, peyvəndlər Səhiyyə Nazirliyi tərəfindən ölkəyə gətirilib və artıq prosesə başlanılıb.
Sputnik
BAKI, 18 dekabr — Sputnik. Qripə qarşı peyvəndləməyə yeni başlanılıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, qripə qarşı peyvəndlər Səhiyyə Nazirliyi tərəfindən ölkəyə gətirilib və artıq prosesə başlanılıb: "Bununla bağlı statistik rəqəmlər bir ay sonra açıqlana bilər".
O, həmçinin qeyd edib ki, qızılca ilə bağlı vəziyyət stabildir, vəziyyət nəzarətdədir. Vüqar Qurbanov onu da bildirib ki, reanimasiya şöbələri tam hazır vəziyyətdədir və ehtiyac olduğu halda çarpayı sayı artırıla bilər. Onun sözlərinə görə, vətəndaşlar hansısa simptomlar müşahidə etdiklərində tibb müəssisələrinə müraciət etməlidirlər.
Vüqar Qurbanov əlavə edib ki, ilin sonuna doğru üst yaş kateqoriyaları üçün də qızılcaya qarşı peyvəndlərin Səhiyyə Nazirliyi tərəfindən gətirilməsi nəzərdə tutulub.