CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı-Sumqayıt yolunda yeni cəza tədbirləri tezliklə tətbiq ediləcək

Nazir müavini bildirir ki, həmin yolda həm nəzarət-müşahidə avadanlıqlarının qurulması, həm də digər tədbirlərin görülməsi planlaşdırılır.
Sputnik
BAKI, 18 dekabr — Sputnik. Bakı-Sumqayıt yolunda təşkil edilən xüsusi avtobus zolağından digər nəqliyyat vasitələrinin istifadəsinin qarşısını almaq üçün cəza tədbirləri sərtləşdiriləcək.
Bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Azərbaycanda mobilliyin transfirmasiyası proqramı"nın təqdimatında bildirib.
Onun sözlərinə görə, yeni cəza tədbirləri tezliklə tətbiq ediləcək.
"Həmin zolağa daxil olan digər nəqliyyat vasitələri avtobusların hərəkətinə mane olur. Biz onlara qarşı cəza tədbirlərini sərtləşdirməyi düşünürük. Həmin yolda həm nəzarət-müşahidə avadanlıqlarının qurulması, həm də digər tədbirlərin görülməsi planlaşdırılır. Artıq bununla bağlı layihə hazırlanıb və tezliklə yeni qanun qüvvəyə minəcək", - deyə nazir müavini əlavə edib.