Bunu iqtisadçı ekspert Elşad Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında deyib.
Ekspertin fikrincə, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi strukturuna qoyulan investisiyalar ildən-ilə artacaq.
"İşğaldan azad edilmiş ərazilərdə bərpa işləri intensiv şəkildə davam edir. Üç hava limanından ikisi artıq istifadəyə verilib. Bundan əlavə, dəmir yolu və avtomobil infrastrukturu istiqamətində də işlər davam etdirilir. Enerji sektoru da inkişaf edir, yaşıl gündəm orada da öz əksini tapır", - deyə Məmmədov qeyd edib.
İqtisadçı həmçinin gələn il Azərbaycan və bütövlükdə dünya iqtisadiyyatını nələrin gözlədiyini də açıqlayıb. Ətraflı məlumat əldə etmək üçün videonu izləyə bilərsiniz.