DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Stoltenberqin Ukrayna münaqişəsi ilə bağlı dediklərini "dəlilik" adlandırıblar

Ukrayna “kritik vəziyyətdə” qalıb, Qərb dövlətlərinin kifayət qədər yardımı olmadığı üçün isə vəziyyət daha da pisləşə bilər.
Sputnik
BAKI, 17 dekabr - Sputnik. NATO-nun baş katibi Yens Stoltenberqin Ukrayna münaqişəsinin səbəbləri ilə bağlı dediyi sözlər ağılsızlıqdır.
Bu fikirləri özünün X* sosial şəbəkəsindəki səhifəsində Avropa Parlamentinin üzvü Mik Uolles bildirib.
Uolles qeyd edib ki, ABŞ və Aİ münaqişənin sona çatmasını istəmir. Eyni zamanda NATO-nun baş katibi Stoltenberq isə bunu təxribatı onların özlərinin törətdikləri ilə öyünür.
Onun sözlərinə görə, Avropa İttifaqı bu münaqişəni qızışdırmaq üçün milyardlar xərcləyib, lakin bu, Ukraynanın məhvinə gətirib çıxarıb.
"Bütün bunlar nədən ötrüdür? ABŞ-ın geosiyasi maraqlarını təmin etmək üçün? Dəlilikdir”, - deyə deputat söylədiklərini yekunlaşdırıb.
Xatırladaq ki, Stoltenberq daha əvvəl bəyan etmişdi ki, Ukraynanın kapitulyasiyası sülhə deyil, işğala səbəb olacaq.
Baş katib daha əvvəl də Ukraynanın “kritik vəziyyətdə” qaldığı, Qərb dövlətlərinin kifayət qədər yardımı olmadığı üçün isə vəziyyətin daha da pisləşə biləcəyi barədə xəbərdarlıq etmişdi.