BAKI, 17 dekabr - Sputnik. Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın prezidentliyə namizədliyinin irəli sürülməsi barədə sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim edilib.
Bu barədə F.Mustafa "Report"a bildirib.
Onun sözlərinə görə, sənədlər bu gün MSK-ya təqdim edilib.
Qeyd edək ki, dekabrın 16-da Böyük Quruluş Partiyasının Ali Məclisi partiya sədri Fazil Mustafanın prezidentliyə namizədliyini irəli sürüb.
***
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin prezidentliyə namizədliyi irəli sürülüb.
Elşad Musayev APA-ya bildirib ki, bu barədə qərar Böyük Azərbaycan Partiyası Siyasi Şurasının iclasında qəbul edilib.
Prezidentliyə namizədliyin irəli sürülməsi ilə bağlı sənədlər dekabrın 19-da Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək.
Bundan əvvəl hazırkı prezident İlham Əliyevin (YAP tərəfindən), Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Orucun və Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafanın prezidentliyə namizədliyi irəli sürülüb.
Qeyd edək ki, 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçiriləcək.