DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Almaniyada elektrik enerjisinin qiymətləri 10-20% artacaq

Almaniya sənayesi Rusiya qazı olmadan məhv olur.
Sputnik
BAKI, 17 dekabr - Sputnik. Almaniya Ticarət və Sənaye Palatasının prezidenti Peter Adrian Almaniyada elektrik enerjisinin qiymətlərinin qaçılmaz artımı barədə xəbərdarlıq edib.
Almaniyanın “Die Welt” qəzeti bu barədə yazıb.
Peter Adrianın sözlərinə görə, ölkədə elektrik enerjisinin qiyməti 10-20% arta bilər. Bu, başqa şeylərlə yanaşı, dövlətin artıq hesabların ödənilməsinə kömək etməyəcəyi ilə əlaqədar baş verəcək.
“Rheinische Post” qəzetinə verdiyi müsahibəsində Adrian elektrik enerjisinin qiymətlərinin artmasının Almaniya iqtisadiyyatına təsir edəcəyini və istehsalı elektrik enerjisinə keçirməyi planlaşdıran şirkətlərə yanlış siqnal göndərəcəyini bildirib. O qeyd edib ki, dizel və kerosinin də qiyməti artır.
Daha əvvəl bildirilmişdi ki, Almaniya sənayesi Rusiya qazı olmadan məhv olur.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Almaniyanın Rusiya resurslarından imtina etdikdən sonra enerji resurslarını 30% baha aldığını bildirmişdi.