RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

TNY: ABŞ-ın Ukraynaya yardım göndərməkdən imtina etməsi Putinə Milad hədiyyəsi olacaq

Müəllif qeyd edib ki, Zelenskinin ABŞ-a səfəri Qərb ölkələrinin Ukrayna münaqişəsi ilə bağlı mövqeyinin dəyişməyə başladığını göstərib.
Sputnik
BAKI, 16 dekabr — Sputnik. ABŞ Konqresinin Ukraynaya gələcək yardım barədə razılığa gəlməkdən imtinası Rusiya Prezidenti Vladimir Putinə Milad hədiyyəsi olacaq.
Bu barədə Rusiya mediası "The New Yorker" nəşrinə istinadən xəbər verib.
Nəşrin yazdığına görə, ABŞ Prezidenti Co Bayden və Vladimir Zelenski "Konqresin fəaliyyətsizliyinin təhlükəsi" barədə xəbərdarlıq ediblər.

"Bayden bildirib ki, əgər qanunvericilər Ukrayna üçün əlavə vəsait təsdiqləmədən konqresin işinə ara versələr, Putinə "ən böyük Milad hədiyyəsi" təqdim edəcəklər", - məlumatda bildirilir.

Material müəllifi qeyd edib ki, Zelenskinin ABŞ-a səfəri Qərb ölkələrinin Ukrayna münaqişəsi ilə bağlı mövqeyinin dəyişməyə başladığını göstərib.
Bu yaxınlarda Co Bayden konqres respublikaçılarını Ukraynaya hərbi yardım paketi ilə bağlı razılaşdırılmasından imtina edərək "Vladimir Putinə ən böyük Milad hədiyyəsi verməkdə" günahlandırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.