BAKI, 16 dekabr - Sputnik. Rusiya dünyada əsl azadlıq uğrunda mübarizə aparır ki, hər şeyə haqqı olan müstəsnalar olmasın. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Beynəlxalq Kreml Xeyriyyə Kadet Balında (ICCB) deyib.
“Sizə arzu edirəm ki, bütün həyatınızla, əməyinizlə, düzünü desək, həqiqətən də bu çox yeni dövrə rəhbərlik edən və azadlıq, əsl azadlıq uğrunda mübarizə aparan ölkəmizin şərəfini qoruyasınız ki, ölkəmizdə müstəsnalar, hər şeyə haqqı olanlar və buna dözmək məcburiyyətində qalanlar olmasın", - deyə diplomat tədbir iştirakçılarına müraciət edib.
“Ölkəmiz və xalqımıza rəhbərlik edən prezidentimiz [Vladimir Putin] bu, çox yeni dövrü, gələcəyin dövrünü, əsl azadlıq dövrünü ifadə edir”, - deyə diplomat fikrini yekunlaşdırıb.
“Beynəlxalq Kreml Xeyriyyə Kadet Balı” vətənpərvərlik layihəsi 2016-cı ildən etibarən hər il Moskvada Rusiya Federasiyası Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və digər nazirliklərin, idarələrin, xidmətlərin və ictimai təşkilatların iştirakı ilə keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.