RUSİYA

Moskvada MDB ölkələrinin hökumət başçılarının birgə iclası keçirilir

Tədbir Rusiya tərəfinin təşəbbüsü ilə Rusiyanın Müstəqil Dövlətlər Birliyinə sədrliyi ərəfəsində təşkil olunub.
Sputnik
BAKI, 16 dekabr - Sputnik. Moskvada MDB Hökumət Başçıları Şurasının iclası işə başlayıb. Tədbirdə Azərbaycanı bu gün Rusiya paytaxtına işgüzar səfərə gələn Baş nazir Əli Əsədov təmsil edir.
İclasda Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Ermənistanın nümayəndələri də iştirak edir.
Görüş zamanı bir sıra əsas məsələlərin müzakirəsi planlaşdırılır.
Bunlara həm təşkilatın builki fəaliyyətinin yekunlaşdırılması, həm də qarşıdan gələn 2024-cü il üçün planların nəzərdən keçirilməsi daxildir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.