RUSİYA

Filippo: Putin Avropa liderlərini dəqiq təsvir edib

Rusiya Prezidenti Vladimir Putin birbaşa xətt zamanı avropalı siyasətçiləri öz ölkələrinin düşmənləri ilə əlbir olan satqınlarla müqayisə edib.
Sputnik
BAKI, 16 dekabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Avropa ölkələrinin liderlərini "çox dəqiq" təsvir edib.
Bu fikri Fransanın Vətənpərvərlər Partiyasının rəhbəri Florian Filippo özünün X* (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində bildirib.
Xatırladaq ki, Putin birbaşa yayım zamanı avropalı siyasətçiləri öz ölkələrinin düşmənləri ilə əlbir olan satqınlarla müqayisə edərək, onların İkinci Dünya Müharibəsi zamanı fransız marşalı Filip Peten kimi davrandıqlarını söyləyib.

"Putin bu gün Aİ ölkələrinin liderlərini təsvir edərkən 100% haqlıdır!", – deyə fransalı siyasətçi yazıb.

Daha əvvəl Putin Slovakiyanın baş naziri Robert Fitso və Macarıstan hökumətinin başçısı Viktor Orbanın Rusiyayönlü deyil, milliyönlü siyasətçi olduqlarını bildirib.
Onun sözlərinə görə, hazırda belə siyasətçilər yoxdur, çünki qalanları ABŞ-ın simasında "böyük qardaş"dan asılıdırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.