SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Fazil Mustafanın prezidentliyə namizədliyi irəli sürülüb

Gələn ilin fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
Sputnik
BAKI, 16 dekabr - Sputnik. Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafanın prezidentliyə namizədliyi irəli sürülüb. O, bu barədə Report-a açıqlamasında məlumat verib.
F.Mustafa bildirib ki, bununla bağlı BQP Ali Məclisinin dekabrın 16-da keçirilən iclasında qərar qəbul olunub.
Qedy edək ki, dekabrın 8-də Fazil Mustafa Milli Məclisin Mədəniyyət komitəsinə sədr seçilib. Bu barədə qərar plenar iclas zamanı layihə səsverməyə qoyularaq qəbul edilib.
Xatırladaq ki, 2024-cü il fevralın 7-nə Azərbaycanda növbədənkənar Prezident seçkiləri təyin edilib.
Dekabrın 15-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında İlham Əliyevin Prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.
Onu da qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc da prezidentliyə namizəd olacaq. Zahid Oruc bunu APA-ya açıqlamasında bildirib.
O, sənədlərini sabah Mərkəzi Seçki Komissiyasına təqdim edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.