BAKI, 16 dekabr - Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasına işgüzar səfərə gedib. Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Xatırladaq ki, noyabrın 30-da Rusiyanın Baş naziri Mixail Mişustin ilə Azərbaycanın Baş naziri Əli Əsədov arasında telefon danışığı olub.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Moskvada səfərdə
© Photo : Republic Of Azerbaijan Cabinet Of Ministers
“Hökumət başçıları Rusiya-Azərbaycan ticari-iqtisadi əməkdaşlığını da müzakirə ediblər", - məlumatda qeyd edilib.
Söhbət zamanı tərəflər MDB məkanında qarşılıqlı əlaqələrin gücləndirilməsindən də danışıblar.
Daha əvvəl Rusiya hökumətinin mətbuat xidməti xəbər vermişdi ki, dekabrın 16-18-də Moskvada Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclası çərçivəsində tədbirlər keçiriləcək.
Dekabrın 18-də MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcək, o, MDB-yə üzv ölkələrin iqtisadiyyat və mədəniyyət nazirlərinin iştirakı ilə keçiriləcək, əsas diqqət digər məsələlərə yönəldiləcək.
Birliyə üzv dövlətlər arasında mədəni və humanitar qarşılıqlı əlaqələrin inkişafı və intensivləşdirilməsi müzakirə olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.