DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Zelenski Norveç parlamentindəki çıxışından sonra dilənçi adlandırılıb

Avropa üçün Ukraynanın dibsiz çəlləklərinə pul tökmək getdikcə çətinləşir.
Sputnik
BAKI, 15 dekabr — Sputnik. Sosial şəbəkə istifadəçiləri Ukrayna Prezidenti Vladimir Zelenskini Norveç parlamentindəki çıxışından sonra ələ salıblar.
"Reuters" bu barədə məlumat verib.
Belə ki, Zelenski Osloya elan olunmamış səfərlə gəlib. Bundan sonra o, sosial şəbəkələrdə çıxışını dərc edərək, Norveçin Kiyevə dəstəyini Rusiya üçün "siqnal" adlandırıb.
"Sən peşəkar dilənçi oldun! Artıq cibinizə nə qədər pul vəsaiti girib?" — deyə Brayan Bleyk adlı istifadəçi yazıb.
"Siz dünyanı gəzib istədiyiniz qədər pul toplaya bilərsiniz, lakin bu problemi həll etmək üçün mütləq Rusiya Prezidenti Vladimir Putinlə danışmalısınız", - deyə Yusif Əlhəmdi fikrini bildirib.
Əlavə edək ki, bundan əvvəl Danimarka, İslandiya, Norveç, Finlandiya və İsveç "şərtlər imkan verdikdə" Ukraynaya hərbi və maliyyə də daxil olmaqla tam yardım göstərməyə davam edəcəklərini bəyan etmişdilər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun dediyi kimi, "Avropa üçün Ukraynanın dibsiz çəlləklərinə pul tökmək getdikcə çətinləşir".