BAKI, 15 dekabr — Sputnik. ABŞ Silahlı Qüvvələrinin Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) döyüşçüləri ilə birgə təlimləri keçirdikdən sonra Vaşinqton Ankaranı müttəfiq kimi itirib.
Bu barədə Türkiyənin nüfuzlu "Milliyet" qəzetində dərc olunan məqalədə deyilir.
"ABŞ Türkiyəni itirdi. İctimai rəy üçün bildirək ki, ABŞ çoxdan bizim əsas düşmənimizə çevrilib", - nəşr yazır.
Nəşrin məlumatına görə, ölkə əhalisi başa düşür ki, Vaşinqtonun planlarına Türkiyəyə yardım yox, onun bölünməsi daxildir. Məqalə müəllifləri qeyd edirlər ki, əgər əvvəllər NATO Türkiyə üçün zəmanət idisə, bu gün Türkiyə NATO üçün zəmanət olub.
Məqalədə deyilir ki, Türkiyə Milli Müdafiə Nazirliyi PKK-nın Suriya bölməsi ilə ABŞ-ın birgə təlimlərinə mənfi reaksiya verib. Eyni zamanda, nəşr əminliklə qeyd edir ki, Ankara Vaşinqtonun bölgədəki hərəkətləri barədə kifayət qədər məlumatlıdır.
"Türkiyə amerikalı əsgərlərin rütbələrini, adlarını və hətta silah-sursatlarının vəziyyəti barədə hər şeyi bilir", - deyə "Milliyet" nəşri yazıb.
Bundan əvvəl Türkiyə xarici işlər naziri ABŞ-ı kürd birləşmələri ilə əməkdaşlığı dayandırmağa çağırıb.
Bu yaxınlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ı Suriyadakı kürd yaraqlılarını silahla təmin etməkdə ittiham edib.