BAKI, 15 dekabr — Sputnik. "Nasist rejiminin" Rusiya Federasiyası üzərində qələbəsini istəyənləri "siyasətlə bağlı heç nə anlamayanlardır".
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov bildirib.
"Əgər kimsə Rusiya ilə gələcək əlaqələri nasist rejiminin Rusiya Federasiyası üzərində qələbəsinin zəruriliyi ilə şərtləndirirsə,... bu adam siyasətdən anlayışı yoxdur və güclərin real balansı haqqında heç nə başa düşmür. ...Bizim belə insanlarla danışmağa dəyməz", – deyə "TASS" Rusiya və Belarus XİN kollegiyalarının görüşünün yekunlarına dair mətbuat konfransı zamanı Rusiya XİN rəhbərinin sözlərini sitat gətirib.
Lavrov Qərbin Ukrayna münaqişəsində çıxılmaz vəzyyətə düşməsini anlamasının vacibliyini bəyan edib. Rusiyanın Xarici işlər naziri ABŞ və Aİ-də Ukraynaya maliyyə yardımı ilə bağlı çətinliklərin yaranmasına diqqət çəkərək qeyd edib ki, Rusiya Federasiyası Qərbdə Kiyevə dəstəyin azaldılması ilə bağlı söhbətləri eşidir.
Nazir bəzi Qərb dövlətlərinin rəhbərliyindən Ukrayna məsələsini və Avropanın təhlükəsizliyini müzakirə etmək üçün görüşmək təklifləri ilə gələn siqnallardan da söhbət açıb.