CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Boşanmalar artıb, doğulan qız uşaqlarının sayı azalıb

Doğulanlardan 2854-ü əkiz, 123-ü üçəm, 4-ü isə dördəm olub.
Sputnik
BAKI, 15 dekabr — Sputnik. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-oktyabr ayları ərzində 44643 nikah və 17988 boşanma halları qeydə alınıb. Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,2-dən 5,3-ə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb.
Cari ilin yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 94671 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,3-dən 11,2-yə düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Doğulanlardan 2854-ü əkiz, 123-ü üçəm, 4-ü isə dördəm olub.