Son bir ildə Azərbaycanda ərzaq məhsulları xeyli bahalaşıb.
Bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a müsahibəsində deyib.
"Artıq satıcılar bir sıra mal və xidmətlərin qiymətini qaldırıblar. Yeni il ərəfəsində ətin də qiyməti qalxacaq. Ümumilikdə 4 nəfərlik bir ailə üçün süfrə orta hesabla 250 manata başa gələcək", - deyə Hüseynov bildirib.
Ekspert qeyd edib ki, bu, bazarın təbii prinsipidir.
"Bayram ərəfəsində tələbat kəskin şəkildə artır, sahibkarlar qiymətlərin artmasından istifadə edərək gəlirlərini artırmağa çalışırlar", - deyə Azad İstehlakçılar Birliyinin sədri qeyd edib.
İstehlak qiymətlərinin dinamikasına hansı amillərin təsir etdiyi və hansı mallarda əhəmiyyətli artım olduğu barədə ətraflı məlumat üçün Sputnik Azərbaycan-ın videosunu izləyə bilərsiniz.