BAKI, 14 dekabr — Sputnik. Ukrayna onun demilitarizasiyası ilə bağlı razılaşmaq istəmir, buna görə Rusiya başqa tədbirlərə əl atmağa məcburdur. Bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
"Demilitarizasiyaya gəlincə, onlar razılığa gəlmək istəmirlər, yaxşı, o zaman biz hərbi tədbirlər də daxil olmaqla, başqa tədbirlər görməyə məcburuq", - deyə Putin bildirib.
Prezident əlavə edib ki, Ukrayna sənaye saxlamağa çalışsa da, artıq demək olar ki, heç nə istehsal etmir.
"Hər şey onlara pulsuz gətirilir, amma pulsuz olan da nə vaxtsa bitə bilər. Və görünür, yavaş-yavaş bitir", - Putin əlavə edib.
O, qeyd edib ki, Qərb Ukraynaya tədarük edəcəyini vəd etdiyi hər şeyi, hətta daha çoxunu çatdırıb, lakin RusiyaXüsusi Hərbi Əməliyyat zamanı bu hərbi texnikanı məhv edir.
Vladimir Putin deyib ki, Ukraynanın denazifikasiyası məsələsi aktualdır: "Bugünkü Kiyev administrasiyasının rəhbəri bütün dünyanın gözü qarşısında Holokostda, Ukraynada, rusların və polyakların, bir milyon yarım yəhudinin məhv edilməsində birbaşa iştirak etmiş keçmiş SS əsgərini ayaq üstə alqışlayır. Bu nasizmin təzahürüdür, ya yox? Ona görə də denazifikasiya məsələsi aktualdır".