BAKI, 14 dekabr — Sputnik. Rusiyanın qızıl ehtiyatları bu metalın dünya qiymətlərinin artması sayəsində rekord həddə - 151,9 milyard dollara çatıb. Fiziki ifadədə isə ehtiyatlar, təxminən 16 ton azalıb.
"RİA Novosti" Mərkəzi Bankın məlumatlarının təhlilinə əsasən, bu qənaətə gəlib.
Belə ki, noyabrda Rusiyanın qızıla yatırdığı investisiyalar 2,2% artaraq 151,9 milyard dollara çatıb ki, bu da müasir tarixin ən yüksək səviyyəsi olub. Əvvəlki ən yüksək göstərici oktyabrda 148,7 milyard dollar olub.
Eyni zamanda, fiziki ifadədə qızıl ehtiyatları ardıcıl ikinci aydır – noyabrda, təxminən 16 ton azalaraq 2315 tona düşüb.
Bundan əvvəl Mərkəzi Bank ölkənin beynəlxalq ehtiyatlarının noyabrda, demək olar ki, 3% - bu ilin aprelindən bəri maksimuma, yəni 592,4 milyard dollara yüksəldiyini bildirmişdi.