RUSİYA

Rusiyanın dövlət borcu kəskin azalıb - RF lideri

Rusiya prezidenti ölkənin xarici dövlət borcu 46 milyard dollardan 32 milyard dollara düşüb.
Sputnik
BAKI, 14 dekabr — Sputnik. Rusiyanın xarici dövlət borcu 46 milyard dollardan 32 milyard dollara düşüb, bu, ölkənin makroiqtisadi və maliyyə sabitliyindən xəbər verir. Bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
"Dövlətin xarici borcu azalır, bu həm makroiqtisadi sabitlikdən, həm də maliyyə sabitliyindən xəbər verir. Dövlət borcu 46 milyard dollardan 32 milyard dollara düşüb. 2023-cü ilin sonunda Rusiya müəssisələrinin mənfəəti 24% artıb, Rusiya bank sektoru 3 trilyon rubldan çox gəlir əldə edəcək. Rusiya bank hesablarında pul saxlayan insanlar üçün bu, yaxşı xəbərdir", - Putin deyib.
RUSİYA
Mətbuat konfransı və birbaşa xətt: Putin rusiyalıların suallarını cavablandırır