BAKI, 14 dekabr — Sputnik. İsrail və Fələstin arasındakı münaqişəni fəlakətdir.
Rusiya prezidenti Vladimir Putin birbaşa xətt zamanı bu barədə danışıb.
"Baş verənlər təbii ki, fəlakətdir", - deyə Rusiya lideri bildirib. Dövlət başçısı qeyd edib ki, bu sahədə minlərlə qadın və uşağın həlak olması narahatlıq doğurmaya bilməz.
O, Qəzza zolağının "dünyada uşaqlar üçün ən böyük qəbiristanlıq" olduğunu deyən BMT-nin Baş katibi Antonio Quterresin qiymətləndirməsini dəstəkləyib.
"Belə qiymətləndirmə çox şey deyir. Nə demək olar – bu, obyektiv qiymətləndirmədir", - deyə prezident qeyd edib.
Daha əvvəl Putin bildirib ki, Rusiya Federasiyası Qəzza zolağında öz xəstəxanasını açmağa hazırdır, lakin İsrail anklavda Rusiya xəstəxanasının açılmasının təhlükəli olduğunu düşünür.