RUSİYA

Putin: Qərbdə bir çox insan Rusiyanın hər şeyi düzgün etdiyinə inanır

Rusiya başqalarına toxunmadan öz milli maraqları uğrunda mübarizə aparmaqdan çəkinmir.
Sputnik
BAKI, 14 dekabr — Sputnik. Qərbdə yaşayanların çoxu Rusiyanın hər şeyi düzgün etdiyinə inanırlar.
Bunu Rusiya Prezidenti Vladimir Putin qeyd edib.
Dövlət başçısına belə bir sual verilib: "Sizcə, gələcəkdə hansısa alman şəhərinin sakini "lənət olsun, amma Putin hər şeyi düz edirdi" deyəcəkmi?" Prezident Putin cavab olaraq bildirdi ki, təkcə Almaniyanın şəhərlərində deyil, dünyanın bir çox bölgələrində Rusiyanın hər şeyi düzgün etdiyinə inanırlar.
Prezidentin sözlərinə görə, Rusiya başqalarına toxunmadan öz milli maraqları uğrunda mübarizə aparmaqdan çəkinmir. Rusiya Federasiyasının bütün dünyada ənənəvi dəyərlərin qorunmasında çoxlu tərəfdarları var, onların sayı artmaqda davam edir.
Xatırladaq ki, bu gün Putin birbaşa bağlantı və mətbuat konfransı keçirir. Telekanallar bunun üçün üç saata yaxın vaxt ayırıblar. Ümumilikdə dekabrın 1-dən etibarən rusiyalılar dövlət başçısına 2 milyondan çox sual və müraciət göndəriblər.