SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Putin: Ermənistanda Qarabağla bağlı mürəkkəb proseslər gedir

Rusiya prezidenti bildirib ki, "Dağlıq Qarabağ"ı tərk edən Rusiya deyil, onu Azərbaycanın tərkib hissəsi kimi tanıyan Ermənistandır.
Sputnik
BAKI, 14 dekabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin bildirib ki, o, Ermənistanın MDB və ya Aİİ, KTMT üzvlüyünə xitam verməkdə maraqları olduğnu düzgün hesab etmir.
Bu barədə Putin, illik mətbuat konfransı zamanı Ermənistanın baş nazirinin adıçəkilən strukturlar çərçivəsində bir sıra tədbirlərdə iştirakdan imtina etməsinə münasibət bildirərkən deyib.
"Son nəticədə, bu, Ermənistan dövlətinin seçimidir. Amma Ermənistanın baş nazirinin ümumi tədbirlərdə iştirak etməməsinə gəlincə, biz bilirik ki, bu, Ermənistandakı bəzi proseslərlə bağlıdır və onun iştirak etmək istəməsi və ya istəməməsi ilə bağlı deyil", - Putin illik mətbuat konfransında deyib.
Bu kontekstdə Qarabağ məsələsinə toxunan Rusiya prezidenti vurğulayıb ki, "Dağlıq Qarabağ"ı tərk edən Rusiya deyil, onu Azərbaycanın tərkib hissəsi kimi tanıyan Ermənistandır. Üstəlik, Ermənistan tərəfi belə bir qərarın qəbulu ilə bağlı bizə konkret məlumat verməyib".
Onun sözlərinə görə, bu vəziyyətin müsbət və mənfi tərəfləri var, proseslər əslində mürəkkəb, daxili siyasi xarakter daşıyır.
İnteqrasiya layihələrinə gəlincə, Putin qeyd edib: "Bu strukturlar prosesin bütün iştirakçılarının könüllülüyü və qarşılıqlı faydalılıq əsasında qurulur".
O, Aİİ ölkələri arasında ticarət dövriyyəsinin durmadan artdığını, əmək, kapital və əmək bazarlarının açıq olduğunu, qarşılıqlı əməkdaşlığın davam etdirildiyini, SSRİ-dən miras qalmış ümumi infrastrukturdan və millətlərarası ünsiyyət dilindən səmərəli istifadə edildiyini xatırladıb.
Putin hesab edir ki, bütün bunlar dünya bazarlarında səmərəliliyin və rəqabət qabiliyyətinin artırılmasına şərait yaradır.
Qeyd edək ki, noyabrda Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-nin Minsk sammitində iştirakdan imtina edib. Ermənistan Müdafiə Nazirliyinin, Xarici İşlər Nazirliyinin rəhbərləri və Ermənistan parlamentinin spikeri də təşkilatın tədbirlərində iştirak etməmək barədə qərar veriblər. Bundan əvvəl MDB-nin Bişkek sammiti ilə bağlı da analoji qərar qəbul edilib.