SƏHİYYƏ

Onkoloji xəstələrin tibbi xidmətlərlə qarşılanması ilə bağlı yenilik olacaq

Növbəti ildən Yeni Klinikada sümük iliyi transplantasiyasının həyata keçirilməsi planlaşdırılır.
Sputnik
BAKI, 14 dekabr — Sputnik. Növbəti ilin əvvəllərində onkoloji xəstələrin icbari tibbi sığorta çərçivəsində xidmətlərlə qarşılanması ilə bağlı yeniliklər olacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı hesabat və strateji hədəflər mövzusunda keçirilən brifinqdə deyib. O bildirib ki, bu istiqamətdə mütəxəssislərlə müzakirələr aparılıb.
Agentlik sədri, həmçinin deyib ki, növbəti ildən Yeni Klinikada sümük iliyi transplantasiyasının həyata keçirilməsi planlaşdırılır:
"Həkimlər Türkiyədə təlimə göndəriliblər və onlar təlimlərini yekunlaşdırdıqdan sonra qayıdaraq bu xidmətin həyata keçirilməsində iştirak edəcəklər. Bu istiqamətdə vətəndaşlar tərəfindən ciddi tələbatın olduğu müşahidə edilir".