CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DSX-də xidməti-dö­yüş fəaliy­yətinin yekunlarına dair müşavirə keçirilib

Tədbirdə Prezident İlham Əliye­vin Azər­baycan Sərhəd Mühafizəsi qarşısında qoyduğu tapşırıqların yüksək sə­viy­yədə yerinə yetiril­məsi bildirilib.
Sputnik
BAKI, 14 dekabr - Sputnik. Dövlət Sərhəd Xidmətinin (DSX) 2023-cü ildə xidməti-dö­yüş fəaliy­yətinin yekunlarına dair hesabat müşavirəsi keçirilib.
Bu barədə qurumdan məlumat verilib.
Müşavirədə DSX rəisi general-polkovnik Elçin Qu­liyev tərəfindən Azərbay­can tarixinin ən böyük sərkərdəsi, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş möh­təşəm tədbirlər nəti­cə­sində 2023-cü ilin dövlətçilik tariximiz üçün müstəsna əhə­miyyət daşıması və ərazi bütövlü­yü­müzün tam bərpa edilməsi ilə əla­mət­­dar olması xüsusi vurğulanıb.
Bu nailiyyətlərin dahi Öndər Heydər Əliyevin sərhəd mühafizəsi sahə­sin­dəki ideya və düşüncə­lərinin ardıcıl reallaşdırılması, Müzəffər Ali Baş Ko­mandan İlham Əliyevin dövlət sərhədinin mühafizəsi məsələlərinə ali diqqəti sayəsində əldə edilməsi qeyd edilib.
7 avqust 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin DSX Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə kompleksində yaradılmış şəraitlə tanış olmasının, DSX-nin 2 zabitini general-mayor ali hərbi rütbəsinə layiq görməsinin, gös­tərdikləri igid­liyə və şücaətə, xidmətdə fərqləndiklərinə görə DSX əməkdaşlarını orden və medallarla təltif etməsinin şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandığı qeyd edilib.
Tədbirdə Prezident İlham Əliye­vin Azər­baycan Sərhəd Mühafizəsi qarşısında qoyduğu tapşırıqların yüksək sə­viy­yədə yerinə yetiril­məsi bildirilib. Ölkə ərazisində erməni separatçılığına son qoyulması üçün həlledici əhəmiyyət kəsb edən “Laçın” dövlət sərhədin­dən buraxılış məntəqəsinin yaradıl­ması ilə yekunlaşan unikal əməliyyatın keçiril­mə­si, eləcə də lokal xarakterli antiterror əməliyyatında DSX-nin döyüş tapşırıq­larının tam həcmdə yerinə yetirilməsi ciddi nailiy­yətlər sırasında xüsusi olaraq vurğu­lanıb. O cümlədən 2023-cü ildə DSX-nin əldə etdiyi əsas nailiyyətlər sırasında:
- iyunun 15-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində “Laçın” döv­lət sərhədindən buraxılış məntəqəsində xidmət aparan sər­hədçinin yaralan­masına səbəb olan düşmən təxribatına cavab olaraq düşmən snayperlərinin, döyüş postunun və dislokasiya məntəqəsinin zərərsizləşdirilməsi;
- dövlət sərhədini pozduqlarına görə 489, sərhəd rejimini pozduqlarına görə 10 689, axta­rışda olan 3609, saxta sənədlərlə 252, özgəsinə məxsus sənədlə 4, dövlət sərhədindən buraxılış məntəqələrindən gizli şəkildə keçməyə cəhd edən 4 nəfərin sərhədçilərin sayıqlığı nəticəsində saxlanılması;
- ölkəmizə qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədi ilə xarici xüsusi xid­mət orqanları ilə əlaqədə şübhəli bilinən 8 nəfərin müəyyən edilməsi, terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə döyüşmüş 7 nəfərin saxlanılması, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 21, qaçaqmalçılıqla məşğul olan 3, qeyri-qanuni miqrasiya ilə məşğul olan 5 mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsi;
- il ərzində 2 ton 95 kiloqram 338 qram narkotik vasitənin, 51 milyon 14 min 753 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçiril­məsinin qarşısının alınması, 36 ton 222 kq narkotik xassəli bitkinin məhv edilməsi;
- işğaldan azad edilmiş ərazilərdə 150 km məsafədə yeni yolların çəkilməsi, 354 km yolların əsaslı təmir olunması, 7,1 km məsafədə hərəkət təhlü­kə­sizliyi üçün xüsusi valla­rın salınması;
- 2661 hektar ərazinin mina və partlamamış sursatlardan təmizlənməsi, 1598 ədəd piyada, 1763 ədəd tank əleyhinə mina, 518 ədəd partlamamış hərbi sur­satın zərərsizləşdiriməsi qeyd edilib.
Hesabat müşavirəsində DSX-nin hərbi birləşmə rəh­bərlərinin mə­ruzə­ləri dinlənilib, struktur qurumların xidməti fəaliyyəti qiymət­lən­dirilib, 2024-cü ildə DSX qarşısında duran əsas vəzifə və tapşırıqlar şəxsi heyətin diqqətinə çatdırılıb.
Azərbaycan sərhədçilərinin Prezident Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin hər bir tapşırığını böyük şərəf və qürurla icra etməyə hazır olmaları xüsusi vurğu­lanıb.
Müşavirənin sonunda xidmətdə fərqlənmiş hərbi qulluqçulara dövlət təl­tifləri təqdim olunub.