BAKI, 14 dekabr - Sputnik. 2023-cü ilin noyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 609 min barel olub. Bunun 492 min barelini xam neft, 117 min barelini kondensat təşkil edib.
Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.
Beləliklə, Azərbaycan noyabr ayında "OPEC plus" çərçivəsində kvotasından 192 min barel geridə qalıb.
2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.