BAKI, 14 dekabr — Sputnik. Avropa ölkələri öz suverenliklərini böyük ölçüdə itiriblər, onlar öz ziyanlarına bir çox qərarlar qəbul edirlər. Bunu Rusiya prezidenti Vladimir Putin birbaşa xətt və mətbuat konfransı zamanı deyib.
Dövlət başçısı xatırladıb ki, ABŞ Ukraynada dövlət çevrilişi həyata keçirib, avropalı siyasətçilər özlərini elə aparırlar ki, guya onlar heç vaxt eks-prezident Viktor Yanukoviçlə müxalifət arasında razılaşmaların təminatçısı kimi çıxış etməyiblər.
"Bir çox avropalı xadimlər zahirən özlərini Fransanın maraqları uğrunda əllərində silahla vuruşan, işğalçılara müqavimət göstərmək üçün fransızların əlində olan hər şeyi toplayan general de Qoll kimi aparırlar, amma əməldə özlərini Marşal Petain kimi aparırlar. Əslində o, Birinci Dünya Müharibəsinin qəhrəmanı olsa da, İkinci Dünya Müharibəsində işğalçıların iradəsinə tabe olub", - Putin bildirib.
ABŞ-la münasibətlərin qurulması şərtlərindən danışan Rusiya lideri qeyd edib ki, hələlik belə şərtlər yoxdur, lakin Rusiya onlara hazırdır.
"Biz onlarla əlaqələr qurmağa hazırıq. Hesab edirik ki, ABŞ vacib və lazımlı ölkədir", - dövlət başçısı bildirib.
Onun sözlərinə görə, Slovakiya və Macarıstanın baş nazirləri Robert Fitso və Viktor Orban Rusiyayönlü siyasətçilər deyil, "millətpərəst" siyasətçilərdir, öz ölkələrinin maraqlarını müdafiə edirlər, lakin Avropada artıq belə insanlar yoxdur.