BAKI, 14 dekabr — Sputnik. ABŞ-ın köhnə birqütblü dünyada liderlik etmək şansı qalmayıb. Beynəlxalq sabitliyi qorumaq üçün o, müasir çoxqütblülüyü tanımalıdır.
Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı nümayəndəsi Mixail Ulyanov bildirib.
Rusiyanın daimi nümayəndəsi özünün "Telegram" kanalında yazıb ki, Vaşinqton "getdikcə" reallığa çevrilən çoxqütblü dünyanı qəbul etmir və ABŞ-ın yeganə qütb olduğu köhnəlmiş və qeyri-demokratik konsepsiyanı qoruyub saxlamağa çalışır ki, buna da onun "şansı yoxdur".
"Birləşmiş Ştatların yeni, daha demokratik çoxqütblü dünyanın mühüm qütblərindən biri olaraq qalması üçün hər cür əsası var. Vaşinqton bunu nə qədər tez qəbul edərsə, beynəlxalq məsələlərdə ən azı mövcud sabitliyi saxlamaq üçün bir o qədər yaxşı olar", - Ulyanov belə hesab edir.