PAYTAXT XƏBƏRLƏRİ

Sumqayıt-Bakı qatarında gecikmə qeydə alınıb

Buna səbəb Pirşağı dəmiryol stansiyasının yaxınlığında işarəvermə və rabitə xidmətində nasazlığın yaranmasıdır.
Sputnik
BAKI, 13 dekabr — Sputnik. Bu gün saat 7:50-də Sumqayıtdan Bakıya hərəkət edən sürətli sərnişin qatarında bir neçə dəqiqəlik gecikmə qeydə alınıb. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Məlumata görə, buna səbəb Pirşağı dəmiryol stansiyasının yaxınlığında işarəvermə və rabitə xidmətində nasazlığın yaranmasıdır. Nəticədə işıqforlar qırmızı yanıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.
"Hazırda qatarların hərəkətində heç bir problem yoxdur, onlar qrafikə uyğun hərəkət edir", - deyə ADY-nin məlumatında qeyd olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.