BAKI, 13 dekabr — Sputnik. Rusiya iqtisadiyyatının inkişafını və milli təhlükəsizliyin təmin edilməsini raket və kosmik sənayesiz təsəvvür etmək olmaz. Bunu "Roskosmos"un baş direktoru Yuri Borisov bildirib.
Onun sözlərinə görə, kosmik sənaye elm, biznes və mədəniyyətlə əməkdaşlığın ən bariz nümunəsidir.
"Kosmos fundamental elmlə qarşılıqlı əlaqə olmadan inkişaf edə bilməz. Bu gün biznes kosmos xidmətləri olmadan yaşaya bilməz. Mədəniyyət və kosmosa isə bəlkə də bu, bizim genofondumuza DNT səviyyəsində möhkəm bağlıdır", - Roskosmos rəhbəri bildirib.
Dekabrın 13-də "İnnovativ Təcrübə: Elm Plus Biznes" X Konqresi keçirilir. Onun təşkilatçıları M. V. Lomonosov adına Moskva Dövlət Universiteti və qeyri-hökumət inkişaf institutu"Innopraktika"dır. Builki tədbirin əsas mövzusu:
"Ümum Rusiya suverenliyi 2.0: elm, biznes və hökumət arasında qarşılıqlı əlaqənin effektiv yolları".
TASS Konqresin rəsmi informasiya tərəfdaşıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.