RUSİYA

Qərbin Rusiyanı təcrid etmək cəhdləri uğursuz oldu - Lavrov

XİN rəhbəri bildirib ki, Rusiyanın BMT Nizamnaməsinin prinsiplərinə əsaslanan məsuliyyətli xətti dünyanın əksər dövlətləri tərəfindən ən geniş dəstək alır.
Sputnik
BAKI, 13 dekabr — Sputnik. Putinin xarici təmaslarının sayı Qərbin Rusiyanı təcrid etmək cəhdlərinin uğursuzluğa düçar olduğunu göstərir. Bunu Federasiya Şurasında hökumət saatında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Rusiyanı təcrid etmək kursu fiaskoya uğrayıb. Prezident Putinin xarici həmkarları ilə çoxsaylı təmaslarına diqqət edin.Biz, bildiyiniz kimi, belə bir çağırışa hazırıq və həqiqətimizi qətiyyətlə müdafiə etməyə davam edəcəyik", - Lavrov deyib.

Bundan əlavə, nazir qeyd edib ki, Rusiyanın BMT Nizamnaməsinin prinsiplərinə əsaslanan məsuliyyətli xətti dünyanın əksər dövlətləri tərəfindən ən geniş dəstək alır.
"Biz başqa ölkələrin irəli sürdüyü konsepsiya və mexanizmlərə uyğunlaşmırıq, biz müstəqil şəkildə xarici siyasət gündəliyini formalaşdırırıq, öz prioritetlərimizə diqqət yetiririk. Eyni zamanda, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına riayət etməklə və tərəfdaşların maraqlarını nəzərə alaraq, qarşılıqlı hörmət əsasında, birgə işləməyə hazır olduğumuzu vurğulayırıq", - Lavrov vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.