BAKI, 13 dekabr — Sputnik. Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna direktor və direktor müavini təyin edilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, səhiyyə naziri Teymur Musayev bununla bağlı müvafiq əmrlər imzalayıb.
Əmrə əsasən, Aynur Poluxova institutun direktoru təyin olunub. Nazirin digər əmri ilə Nüşabə Pənahova isə direktorun müavini (müalicə işləri üzrə) vəzifəsinə təyin edilib.
Qeyd edək ki, bundan əvvəl tibb müəssisəsinin rəhbəri Lətif Zeyniyev idi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.