BAKI, 13 dekabr — Sputnik. MDB Azərbaycan, Belarus və Rusiyada keçiriləcək seçkilərə müşahidə missiyaları göndərmək niyyətindədir, Bakı artıq dəvət göndərilib. Bunu Müstəqil Dövlətlər Birliyinin baş katibi Sergey Lebedev bildirib.
"Gələn il Birliyimizin aparıcı dövlətlərində seçkilər ilidir. Əvvəlcə fevralda Azərbaycanda prezident seçkiləri, sonra fevralda Belarusda parlament seçkiləri, martda isə Rusiyada prezident seçkiləri olacaq. MDB İcraiyyə Komitəsi artıq bu seçkiləri müşahidə etməyə hazırlaşır", - deyə Lebedev Minskdə jurnalistlərə bildirib.
Sergey Lebedev, arxiv
© Sputnik / Валерий Мельников
O qeyd edib ki, bu ölkələrdə müşahidəçi missiyalarının formalaşdırılması və göndərilməsi üçün dəvətlər alınıb. Lebedev bildirib ki, artıq Bakıdan dəvət gəlib, digər dövlətlər şifahi dəvət alıblar. Ümid edirəm ki, biz bu missiyanın öhdəsindən gələcəyik", - baş katib qeyd edib.
Azərbaycanda növbədənkənar prezident seçkiləri 2024-cü il fevralın 7-də keçiriləcək.
Belarusda parlamentin aşağı palatasına və yerli deputatlar şuralarına seçkilərin bir səsvermə günü - 2024-cü il fevralın 25-də, yuxarı palataya isə 2024-cü il aprelin 4-də keçirilməsi planlaşdırılır. Belarus parlamentinin 110 deputatdan ibarət Nümayəndələr Palatası dörd il müddətinə seçilir. Müstəqil Belarusun tarixində parlament seçkiləri 1995, 2000, 2004, 2008, 2012, 2016, 2019-cu illərdə keçirilib.
Rusiya Federasiya Şurası Rusiyada prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib. Ölkənin Mərkəzi Seçki Komissiyası səsvermənin üç gün - martın 15-dən 17-dək davam edəcəyi barədə qərar qəbul edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.