PAYTAXT XƏBƏRLƏRİ

Gəncə terrorunda gözlərini itirən Pərvin səhiyyə sistemindən şikayətləndi

Pərvin Qasımova çarəsiz qalıb uşağı qonşuda uşaq həkiminə müayinə etdirdiyini söyləyib.
Sputnik
BAKI, 13 dekabr — Sputnik. Gəncə terrosunda gözlərini itirən Pərvin Qasımova həkim məsuliyyətsizliyindən şikayətlənib. O, özünün *Facebook sosial şəbəkə hesabında bildirib ki, neçə gündür ki, qızının temperaturu qalxsa da, sahə həkimi gəlib uşağı müayinə etmir. P.Qasımova Sputnik Azərbaycan-a bildirib ki, Bakı şəhəri, Nərimanov rayon 14 saylı uşaq polikilinikasında sahə uşaq həkiminə müraciət etsə də, gəlib uşağı müayinə edən olmayıb:
"Sahə uşaq həkiminə zəng edirik ki, gəlib baxsın. Uşağın həm temperaturu qalxmışdı, həm də bədənində səpgilər vardı. Min bir bəhanələr çıxarır. Aparmağa imkan yoxdur. Mən əliləm, anam da yaşlı qadındı. Halbuki sahə həkimi çağırış olan kimi dərhal gəlməlidir. Bəlkə mənim övladım qızılcaya yoluxub, niyə həkim gəlib müayinə etmir?".
P. Qasımova çarəsiz qalıb uşağı qonşudakı uşaq həkiminə müayinə etdirdiyini söyləyib.
Nərimanov rayon 14 saylı uşaq polikilinikasından Sputnik Azərbaycan-a qeyd olunan şikayətin araşdırılacağını bildiriblər.
* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.