PAYTAXT XƏBƏRLƏRİ

Çökən körpü bərpa olunub-Rəsmi açıqlama

Qurumdan bildirilib ki, qısa müddət ərzində sözügedən hissədə asfalt-beton örtüyünün aşınmış hissəsi bərpa olunub.
Sputnik
BAKI, 13 dekabr — Sputnik. Bakının Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yerləşən yol ötürücüsündə ("Qələbə dairəsi"dən Ziya Bünyadov prospekti istiqamətində) temperatur tikişi üzərində, asfalt-beton örtükdə yaranmış problem aradan qaldırılıb. Sputnik Azərbaycan-a bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) xəbər verilib.
Bildirilib ki, qısa müddət ərzində sözügedən hissədə asfalt-beton örtüyünün aşınmış hissəsi bərpa olunub.
Qeyd edək ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Əbdülvahab Salamzadə küçəsində körpünün üzərində yolun sağ zolağında yaranan çökmə üzündən küçənin hər iki istiqamətində və "Qələbə" dairəsində avtomobillərin sıxlığının yaranması barədə məlumat yayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.