BAKI, 13 dekabr — Sputnik. BMT Təhlükəsizlik Şurası ABŞ-ın mövqeyinə görə Qəzza zolağının həlli üçün hələ də qəti tədbirlər görə bilməyib. Bunu Rusiyanın təşkilatdakı daimi nümayəndəsi Vasili Nebenzya BMT Baş Assambleyasının fövqəladə xüsusi sessiyasının iclasında bildirib.
"Biz acı bir şəkildə etiraf etməyə məcburuq ki, bütün bu müddət ərzində BMT daxilində kollektiv səylər istənilən nəticəyə gətirib çıxarmayıb. Amma bunun səbəbi çoxtərəfli diplomatiyanın dayanması deyil. Səbəb Təhlükəsizlik Şurasının bu gün də daxil olmaqla bəzilərinin dediyi kimi məqsədini yerinə yetirə bilməməsində də deyil", - deyə Nebenzya bildirib.
"Gəlin hər şeyi öz adı ilə çağıraq. Səbəb ABŞ-ın bütün sülhməramlı səylərə mane olmasıdır. ABŞ əvvəldən çoxtərəfli diplomatiyanı birbaşa rədd edib", - deyə o sözünə davam edib.
Rusiyanın təşkilatdakı daimi nümayəndəsi Vasili Nebenzya, arxiv
© Sputnik / Брайан Смит
Onun sözlərinə görə, digər ölkələr Amerika nümayəndələrindən eşidiblər ki, Vaşinqton "yerdə" sakit ikitərəfli diplomatiya ilə məşğul olduğu müddətdə, onu narahat etməmək üçün heç kimin buna qarışmasına ehtiyac yoxdur.
"BMT Təhlükəsizlik Şurasının bütün bu müddət ərzində qətiyyətli tədbir görə bilməməsinin əsas səbəbi budur", - deyə Nebenzya vurğulayıb.
"Atəşkəs çağırışına veto qoyan Amerika tərəfi əslində öldürmək üçün lisenziya verib və hazırda Qəzzada münaqişənin hər yeni qurbanı üçün tam məsuliyyət daşıyır. BMT Təhlükəsizlik Şurasının qalan üzvləri və bütövlükdə BMT üzvləri bu günahı onlarla paylaşmamalıdırlar", - deyə Rusiyanın daimi nümayəndəsi əlavə edib.
Bundan əvvəl ABŞ BMT Təhlükəsizlik Şurasının humanitar böhran fonunda Fələstin anklavında hərbi əməliyyatların dayandırılması çağırışı ilə qətnamənin qəbul edilməsini əngəlləmək üçün veto hüququndan istifadə edirdi. Böyük Britaniya səsvermədən çəkinib. Təhlükəsizlik Şurasının qalan 13 üzvü qətnaməni dəstəkləyib. Ən azı 97 BMT üzvü sənədin həmmüəllifi olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.