BAKI, 13 dekabr — Sputnik. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın təbii qaz ixracının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 9% artıb.
Bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Məlumata görə, 10,85 milyard kubmetr qaz Avropaya, 8,7 milyard kubmetr qaz Türkiyəyə, 2,5 milyard kubmetr qaz isə Gürcüstana ixrac olunub.
Bundan başqa, onun sözlərinə görə, 11 ay ərzində Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Türkiyəni 5,1 milyard kubmetr qazla təchiz edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.