BAKI, 13 dekabr — Sputnik. Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Avropa Parlamentinin Fransanın Strasburq şəhərində keçirilən plenar iclasında çıxışını itlərin hürməsi sədaları altında tamamlayıb. Bu barədə RİA Novosti xəbər verib.
O, İspaniyanın Avropa İttifaqı (Aİ) Şurasına sədrliyini yekunlaşdırıb. "Yaşasın Avropa!" ifadəsindən sonra isə dinamiklərdən it hürməsi sədaları səslənib.
Bildirilir ki, Avropa Parlamentinin rəhbəri Robert Metsola səslərin Avropa Parlamentinin binasında xidməti itlərinin əlaqəli olduğunu izah edib.
Xatırladaq ki noyabr ayında Moldova Prezidenti Maya Sandunun iti Avstriya Prezidenti Aleksandr Van der Bellenin əlini dişləyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.