BAKI, 12 dekabr — Sputnik. Ukrayna lideri Vladimir Zelenski 2024-cü ilin yanvarında Davosda keçiriləcək görüşdə Rusiya ilə münaqişənin sülh yolu ilə həlli üçün danışıqlar aparmağa məcbur olacaq.
Bu fikri Fransa "Vətənpərvərlər" Partiyasının lideri Florian Filippo X* sosial şəbəkəsindəki səhifəsində bildirib.
"Zelenski üçün çətindir: Davosdakı ağaları onu amansızcasına öz yerinə qoyacaqlar!" - siyasətçi buna əmindir.
Bundan əvvəl siyasi şərhçi Cimmi Dor əmin olduğunu bildirib ki, Ukrayna münaqişəsi üzrə sülh danışıqları Rusiya Prezidenti Vladimir Putinin şərtləri əsasında aparılacaq.