RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya XİN: Ukrayna SQ yeni hədəfləri vurmağa başlayacaq

Miroşnikin sözlərinə görə, Ukrayna silahlı birləşmələrinə müvafiq göstəriş Kiyev rejimindən gələcək.
Sputnik
BAKI, 12 dekabr — Sputnik. Döyüş meydanında məğlubiyyətə uğrayan Ukrayna Silahlı Qüvvələri (USQ) yeni hədəflərə - mülki şəxslərə və mülki infrastruktur obyektlərinə zərbələr endirməyə başlayacaqlar.
Bu barədə "TASS" Rusiya Xarici İşlər Nazirliyinin Kiyev rejiminin cinayətləri ilə bağlı xüsusi tapşırıqları üzrə səfiri Rodion Miroşnikin söylədiklərinə istinadən xəbər verib.
Onun sözlərinə görə, Ukrayna silahlı birləşmələrinə müvafiq göstəriş Kiyev rejimindən gələcək.
Miroşnikin əlavə edib ki, bu faktlar Rusiyanın demək olar, bütün sərhədyanı ərazilərində müəyyən edilib.

"Kiyev hakimiyyəti hazırda Rusiya cəmiyyətindəki əhval-ruhiyyəyə təsir etmək məqsədilə ictimai əhəmiyyətli şəxslərə qarşı terror fəaliyyətinin təşkilinə yönəlmiş tədbirlər görür" - Miroşnik deyib.

Bu yaxınlarda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Ukrayna Silahlı Qüvvələrinin yay əks-hücum əməliyyatına dair yerinə yetirilməmiş ümidlərini açıqlayıb. Onun sözlərinə görə, hazırda USQ üçün vəziyyət heç də yaxşı deyil.