CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda yanacaqdoldurma məntəqəsində soyğunçuluq edənlər saxlanılıb

Soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ş.Məmmədov, Masallı rayon sakinləri N.Novruzov və əvvəllər məhkum olunmuş A.Nuriyev saxlanılıblar.
Sputnik
BAKI, 12 dekabr — Sputnik. Dekabrın 7-də saat 5 radələrində Sabunçu qəsəbəsi ərazisində yerləşən yanacaqdoldurma məntəqələrinin birində operatorun 200 manat pulunun soyğunçuluq yolu ilə talanması barədə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin vaxt "Toyota" markalı avtomobillə yanacaqdoldurma məntəqəsinə gələrək soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ş.Məmmədov, Masallı rayon sakinləri N.Novruzov və əvvəllər məhkum olunmuş A.Nuriyev saxlanılıblar.
Araşdırma aparılır.