Mətbuat mərkəzi

Anons. 2023-cü ildə Azərbaycanda kredit siyasəti

Ekspertlər əminliklə bldirirlər ki, 2023-cü ildə və gələn ildə respublikada pul-kredit siyasəti qiymətlərin sabitləşməsinə yönəldiləcək.
Sputnik
BAKI, 12 dekabr — Sputnik. "Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planına uyğun olaraq pul-kredit siyasətinin təkmilləşdirilməsi inflyasiyanın hədəflənməsi rejiminə keçid üçün şərait yaradır.
Bu məqsədlə noyabrın 1-də Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini 9%-dən 8,5%-ə endirib.
Bu addımın kommersiya banklarının kreditləri üzrə faizlərə və inflyasiya tempinə necə təsir edəcəyi barədə dekabrın 14-də, saat 11: 00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında tanınmış azərbaycanlı iqtisadçı Natiq Cəfərli məlumat verəcək.
Əlaqə:
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru.
Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində baş tutacaq: Mətbuat pr., məh.529, bina 23, mərt.4.