FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Moskvada Qırmızı Meydanda “QUM-katok”un açılışında yaşananlar fotolarda

Moskvanın mərkəzindəki “QUM-katok”un növbəti mövsümünün açılışının necə keçdiyi haqqında daha ətraflı Sputnik-in fotolentində.
Sputnik
Qırmızı Meydanda məşhur “QUM-katok”un (konkisürmə meydançası) açılışı baş tutub, ötən bazar günü Olimpiya çempionu Alina Zaqitova konkisürmə meydançasında moskvalılar və Rusiya paytaxtının qonaqları üçün ilk ustad dərsi keçirməyə müvəffəq olub.
"Qış mövsümü açıq konkisürmə üçün ən yaxşı vaxtdır və mən çox şadam ki, ustad dərsləri çərçivəsində “QUM-katok”da konkisürməyə marağı olan hər kəslə görüşə bilirəm. Fiqurlu konkisürmə bu gün ən populyar idman növlərindən biridir", - deyə Zaqitova bildirib.
Onun sözlərinə görə, o, bunu təkcə ustad dərslərinə qatılmaq istəyənlərin sayına görə demir, həm də yarışlarda və şoularda tam tribunalara görə hiss edir.
Qeyd edək ki, “QUM-katok” hər gün saat 09:00-dan 23:30-a kimi fəaliyyət göstərir. Hər seansın müddəti bir saatdır.
“QUM-katok”un qonaqlarını Rusiya idman ulduzları ilə pulsuz ustad dərsləri gözləyir. Hər şənbə günü "Qırmızı maşın" uşaq xokkey məktəbinin məşqçilərinin rəhbərliyi ilə “QUM-katok”un buzu üzərində xokkey oynamağı öyrənə və ya bilik və bacarıqlarınızı təkmilləşdirə bilərsiniz. Bazar günləri isə Anastasiya Qrebenkina məktəbinin müəllimlərinin rəhbərliyi altında fiqurlu konkisürmə həvəskarları konkisürmə bacarıqlarını təkmilləşdirəcək və sadə elementləri yerinə yetirəcəklər: spiral, qaçış və fırlanma.
Qeyd edək ki, bu mövsümün proqramına dekabrın 10-dan fevralın 25-dək Olimpiya çempionu Alina Zaqitovanın fiqurlu konkisürmə üzrə 12 ustad dərsi daxildir.
Sputnik “QUM-katok”un informasiya tərəfdaşıdır.
1 / 13

Moskvada Qırmızı Meydanda “QUM-katok”un açılışı.

2 / 13

Moskvada Qırmızı Meydanda “QUM-katok”un açılışında iştirak edən qonaqlar.

3 / 13

Moskvada Qırmızı Meydanda “QUM-katok”un açılışında buz şousundan fraqment.

4 / 13

Fiqurlu konkisürmə üzrə Olimpiya çempionu, “NAVKA.SHOW”un baş prodüseri Tatyana Navka (mərkəzdə) Moskvada Qırmızı Meydanda “QUM-katok”un açılışında.

5 / 13

Fiqurlu konkisürən Alina Zaqitova Moskvadakı “QUM-katok”da fiqurlu konkisürmə üzrə ustad dərsləri keçirdiyi zamanı.

6 / 13

Moskvadakı “QUM-katok”da fiqurlu konkisürən Alina Zaqitovanın konkisürmə üzrə ustad dərslərində iştirak edən həvəskarlar.

7 / 13

Fiqurlu konkisürən Anna Şerbakova Moskvada Qırmızı Meydanda “QUM-katok”un açılışında buz şousunda çıxış edir.

8 / 13

Teleaparıcı Alyona Vodonayeva Moskvada Qırmızı Meydanda “QUM-katok”un açılışında.

9 / 13

Moskvadakı “QUM-katok”da fiqurlu konkisürən Alina Zaqitovanın konkisürmə üzrə ustad dərsində iştirak edən həvəskar kişi.

10 / 13

Moskvadakı “QUM-katok”da fiqurlu konkisürən Alina Zaqitovanın konkisürmə üzrə ustad dərsində iştirak edən həvəskar qız.

11 / 13

Moskvada Qırmızı Meydanda “QUM-katok”un açılışında iştirak edən qonaqlar.

12 / 13

Moskvadakı “QUM-katok”da fiqurlu konkisürən Alina Zaqitovanın konkisürmə üzrə ustad dərsləri zamanı.

13 / 13

Moskvada Qırmızı Meydanda “QUM-katok”un açılışında iştirak edən qonaqlar.