BAKI, 11 dekabr — Sputnik. Ukraynanın Avropa Birliyinə daxil olması üçün Kiyevin bütün lazımi şərtləri yerinə yetirməsi ilə yanaşı, çox vaxt lazımdır.
Bunu AK rəhbəri Ursula fon der Lyayen bəyan edib.
"Cümə axşamı və cümə günü keçiriləcək sammitdə Ukraynanın Aİ-yə üzvlüklə bağlı deyil, daxil olması ilə bağlı danışıqların başlanması müzakirə olunacaq ki, bu da, hər halda çox vaxt tələb edir. Əlbəttə, yalnız bütün şərtlər yerinə yetirildikdən sonra üzvlük baş tuta bilər", - deyə o "Parisien"ə müsahibəsində söyləyib.
Xatırladaq ki, 2022-ci ilin fevralında Ukrayna lideri Vladimir Zelenski ölkənin Avropa İttifaqına daxil olması üçün ərizə imzalayıb. Avropa Komissiyası Ukraynaya Aİ-yə namizəd statusunun verilməsi ilə bağlı tövsiyələrində yeddi şərt irəli sürüb. Xüsusilə, söhbət Konstitusiya Məhkəməsinin islahatlarından və korrupsiyaya qarşı mübarizədən gedir.