PAYTAXT XƏBƏRLƏRİ

FHN Bakıda qanunsuz tikililəri söküb - VİDEO

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Xəzər Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.
Sputnik
BAKI, 11 dekabr — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Bakıda qanunsuz tilkililəri söküb.
Bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, Bakı şəhəri, Xəzər rayonunun Qala və Buzovna qəsəbələri ərazilərində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Xəzər Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.
30.11.23, 18:54
Bakı şəhəri, Xəzər rayonunun Qala qəsəbəsi ərazisində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkarlanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınaraq obyektlər sökülüb.
Xatırladaq ki, bir müddət əvvəl Şəmkir rayonunun Abbaslı kəndi ərazisində müvafiq icazəverici sənədlər olmadan bir neçə ünvanda qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində sözügedən qanunsuz tikililər sökülüb.