İQTİSADİYYAT

Aİİ ölkələri İranla azad ticarət sazişi imzalayacaq - Novak

Bundan əvvəl Rusiya və İran prezidentləri Vladimir Putin və İbrahim Rəisi Moskvada nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparıb.
Sputnik
BAKI, 11 dekabr — Sputnik. Aİİ ölkələri dekabrda İranla azad ticarət sazişi imzalayacaq. Bundan əlavə, Moskva və Tehran dövlətlərarası saziş bağlamaq üzrədir. Bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.
"Yaxın vaxtlarda bir sıra mühüm sənədlər imzalanacaq. Dekabrda İran və Avrasiya İqtisadi İttifaqı arasında azad ticarət zonası haqqında saziş imzalancaq və biz də tezliklə bu, dövlətlərarası sazişə əsas sənədə nail olacağıq", - Novak bildirib.
Bundan əvvəl Rusiya və İran prezidentləri Vladimir Putin və İbrahim Rəisi Moskvada nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparıb, daha sonra danışıqları işçi nahar formatında davam etdiriblər.
"Prezident Putin və prezident Rəisi maliyyə-bank münasibətləri və hesablaşmalardan tutmuş bütün ticarət-iqtisadi əlaqələr zəncirini ətraflı şəkildə müzakirə ediblər.
Xatırladaq ki, avqust ayında İranın Rusiyadakı səfiri Kazem Cəlali Tehranla Moskva arasında hərtərəfli strateji tərəfdaşlığa dair yenilənmiş sazişin ilin sonuna qədər bağlana biləcəyini bildirmişdi.