BAKI, 10 dekabr - Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ Konqresindəki çıxışını son anda ləğv etdiyini nəzərə alsaq, o geri çəkilib. “The Washington Post” bu barədə yazıb.
Ukrayna lideri bu həftə ABŞ Konqresinin Nümayəndələr Palatasında və Senatda onlayn iclasda çıxış etməli idi, lakin son anda o, bundan imtina edib. Ləğvin konkret səbəbi isə göstərilməyib.
“Bu qərar Zelenski üçün olduqca qeyri-adi idi. O, adətən Ukraynanı müdafiəsindən ötrü çıxış etmək imkanından imtina etmir ki, bu da onun ukraynalı həmkarlarının, yoxsa ABŞ rəsmilərinin məsləhəti ilə geri çəkilməsi ilə bağlı suallar doğurur”, - deyə məqalədə qeyd olunub.
Çıxış etməkdən imtina ABŞ-ın Kiyev rejiminə maliyyə yardımının ayrılmasını ləngitməkdə davam etməsi ilə əlaqədar Ukraynada artan narahatlığın fonunda baş verib.
Məqalədə o da qeyd olunub ki, Kiyevin Vaşinqton ilə münasibətləri də Ukrayna prezidentinə qarşı qeyri-müəyyən münasibət üzündən daha gərginləşib.
Zelenskinin ləğv etdiyi çıxış dekabrın 5-də olmalı idi. Ukrayna lideri çıxışı çərçivəsində Konqresdən Ağ Evin Kiyevə 106 milyard avroluq hərbi yardım tələbini təsdiqləməyi xahiş etmək niyyətində olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.