BAKI, 10 dekabr - Sputnik. Rusiya tərəfi Fələstin-İsrail münaqişəsi zamanı qurbanlar arasında mülki əhalinin çox olmasından danışarkən heç bir ikiüzlülük nümayiş etdirmir. Belə bir açıqlama ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Doha Forumu çərçivəsində onlayn çıxışı zamanı ölkəsinin Suriyadakı hərbi əməliyyatı və 1990-2000-ci illərdə Çeçenistan Respublikasındakı hərbi əməliyyatlar təcrübəsi kontekstində RF-in hazırkı Yaxın Şərq münaqişəsindəki mövqeyinin ikiüzlü olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.
“Bu, sizin fikrinizdir. Mən ikiüzlü olduğumu və ya Rusiyanın belə olduğunu düşünmürəm”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, Rusiya heç vaxt Çeçenistan Respublikasında hərbi əməliyyatların necə aparıldığını gizlətməyib.
"BMT-də təmsilçiliyi olan qanuni hökumətin tələbi ilə Suriyada etdiklərimizi heç vaxt gizlətməmişik", - deyə rusiyalı diplomat bildirib.
O, Rusiya tərəfinin xüsusilə ABŞ-ın İraqa müdaxiləsi nəticəsində yaranmış bir sıra terror təşkilatlarına qarşı mübarizə apardığını vurğulayıb.
“Və biz terrorla mübarizəni davam etdirəcəyik”, - deyə Rusiya XİN rəhbəri yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.