BAKI, 10 dekabr — Sputnik. Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) və ya “nüvə sazişi” getdikcə aktuallığını itirir.
RİA Novosti xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Hüseyn Əmir Abdullahiyan deyib.
“Birgə razılaşmaya gəlincə, müəyyən mövqelərdəki qırmızı xətlərimiz qarşı tərəf tərəfindən qəbul edilmədiyi üçün bu gün biz BHFP üzrə saziş imzalamaq yolunda deyilik”, - deyə nazir bildirib.
Eyni zamanda, o vurğulayıb ki, zaman keçdikcə bağlanan müqavilənin aktuallığı itir. Bundan əvvəl məlum olmuşdu ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) nüvə müfəttişləri İranın nüvə obyektlərinə tam giriş əldə edərsə və Tehranın nüvə sınaqları ilə bağlı hesabatını tamamlayarsa, ABŞ BHFP-ya qayıda bilər.