İQTİSADİYYAT

Niderland fasilədən sonra Rusiyadan mayeləşdirilmiş təbii qaz almağa başlayıb

Son bir ayda 109 milyon avroya 211,5 milyon kubmetr karbohidrogen alınıb. Bunun fonunda aylıq ifadədə Niderlandın Rusiyadan idxalı 5,3% artaraq 410,5 milyon dollar olub.
Sputnik
BAKI, 10 dekabr - Sputnik. Niderland üç aylıq fasilədən sonra Rusiyadan mayeləşdirilmiş təbii qaz alışını bərpa edib. “RİA Novosti” Amsterdamın hesabat məlumatlarına istinadən bu barədə xəbər verib.
Son bir ayda 109 milyon avroya 211,5 milyon kubmetr karbohidrogen alınıb. Bunun fonunda aylıq ifadədə Niderlandın Rusiyadan idxalı 5,3% artaraq 410,5 milyon dollar olub.
Aprel ayında Niderlandın İqlim və Enerji naziri Rob Jetten bildirmişdi ki, hökumət Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalını dayandırmağa çalışır. Bundan sonra idxalın həcmi 30% azalıb, iyunda isə tamamilə dayanıb. Fasilə bütün yay davam edib, halbuki əvvəllər alışlarda heç bir fasilə olmamışdı.
Bundan əvvəl Almaniya kansleri Olaf Şolts bildirmişdi ki, Avropa ölkələrinə qaz yanacağının tədarükünün dayandırılmasına görə məsuliyyət Rusiyanın üzərinə düşür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.